Azәrbayñan xalq çalğı alәtlәri orkestri

Azәrb. Resp. Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәtinin S. Rüstәmov ad. Xalq Çalğı Alәtlәri Orkestri—1932 il may ayının 1-dә H. tәrәfindәn yaradılmışdır. 22 nәfәrlik ork.-in dirijoru H., dirijor kömәkçisi vә konsertmeysteri S. Rüstәmov olmuşdur. Bu, notla çalan ilk Azәrb. xalq çalğı alәtlәri ork. idi. H. Azәrb. xalq maһnı vә rәqslәrini bu ork. üçün işlәmiş, Qәrbi Avropa vә rus bәstәkarlarının әsәrlәrini dә ork.-ә uyğun şәkildә tәfsir etmişdi. H. ork.-in repertuarını zәnginlәşdirmәk mәqsәdilә ilk növbәdә S. Rüstәmovu, Q. Salaһovu vә b. bu işә cәlb edir. Onların ork. üçün işlәmәlәri kollektivin püxtәlәşmәsindә vә ifaçılıq mәziyyәtlәrinin artırılmasında xüsusi rol oynamışdır.

1932 ilin axırlarında H. bu ork. üçün iki böyük әsәr—I vә. II fantaziyalarını yazır. 1933 ildә ork.-in tәrkibi bir qәdәr böyüyәrәk, 30 nәfәrә çatır. Getgedә xalq çalğı alәtlәri üçün yeni-yeni әsәrlәr yaranmağa başlayır. 1935 ildә ork.-ә rәһbәrlik etmәk H.-un tәlәbәsi S. Rüstәmova tapşırılır. Ork.-in tәrkibinә fp. daxil edilir.1937 ildә artıq 40 nәfәrdәn ibarәt olan ork. özünün ilk qastrol sәfәrlәrindә — Moskva vә Leninqradda böyük müvәffәqiyyәtlә çıxış edir. 1938 ildә Moskvada keçirilәn Azәrb. incәsәnәti ongünlüyündә ork.-in ifası xüsusi olaraq qeyd edilmişdi. Hәmin il aprelin 9-da Böyük Teatrın sәһnәsindә H.-un «Arşın mal alan» musiqili komediyasını xalq çalğı alәtlәri ork. müşayiәt etdi (H. musiqili komediyanın musiqisinin xalq çalğı alәtlәri üçün ork.-lәşdirilmәsini vә dirijorluğu S. Rüstәmova һәvalә etmişdi). Sonralar da H., M. Maqomayev vә S. Rüstәmovla yanaşı F. Әmirov, Niyazi, S. Әlәsgәrov, Ә. Abbasov, S. Hañıbәyov, Ñ. Ñaһangirov, H. Xanmәmmәdov, Adil Gәray vә b. bu kollektiv üçün orijinal әsәrlәr yazmışlar..