Azәrbayñan Respublikası Dövlәt Kino-Foto Sәnәdlәr Arxivi

— 1930 ildә Oktyabr inqilabı arxivinin foto-kino şöbәsi kimi yaradılmış, 1943 ildә isә müstәqil dövlәt arxivinә çevrilmişdir. Arxivdә H.-un һәyat vә fәaliyyәtini özündә әks stdirәn çoxlu foto vә kino sәnәdlәr saxlanılır. Fotoşәkillәrdә H. gәnñliyindә, konservatoriyada iş otağında, royal arxasında musiqi bәstәlәyәrkәn, hәmkarları arasında, tәlәbәlәri vә musiqi kollektivlәri, ailә üzvlәri ilә birlikdә әks olunmuşdur. Arxivdә saxlanılan «Hәyatın sәhifәlәri» sәnәdli filmindә, «Ordenli Azәrbayñan», «Sovet Azәrbayñanı» kinojurnallarında H.-a yüksәk hökumәt mükafatlarının tәqdim olunmasını, bәstәkarın royal arxasında әsәr üzәrindә işlәmәsini, konservatoriyada dәrs keçmәsini, tәlәbәlәrlә söһbәtini vә s. әks etdirәn nadir kino lentlәri qorunub saxlanılır. Burada H.Sarabski, H.Rzayeva, Bülbül vә b. görkәmli sәhnә ustalarının H.-un «Leyli vә Mәñnun», «Koroğlu» operalarında digәr musiqi әsәrlәrindә ifalarını canlandıran nadir kinolentlәr dә mühafizә edilir..