Azәrbaycan Respublikası Dövlәt Televiziya vә Radio Verilişlәri Şirkәti

— dövlәt müәssisәsi. Resp.da radio verilişlәri ilk dәfә Bakıda 20 illәrin axırlarından başlamışdır. İndiyәdәk Azәrb.-nın bir çox görkәmli müğәnnilәrinin vә musiqiçilәrinin ifasında H.-un «Leyli vә Mәcnun», «Koroğlu» operaları, «Arşın mal alan», «O olmasın, bu olsun» musiqili komediyaları radio üçün montaj edilmişdir. Onun bir çox başqa musiqi әsәrlәri lentә yazılaraq radionun fondunda saxlanılır. Resp.-da ilk televiziya verilişi 1956 ildә olmuşdur. Hazırda televiziya fondunda H.-un bir çox musiqi әsәrlәri, onun һaqqında çәkilmiş sәnәdli filmlәr vә s. vardır.