Azәrbayñan Respublikası Elmlәr Akademiyası

resp.-da fundamental elmi tәdqiqatların vә tәtbiqi araşdırmaların mәrkәzi olan әn böyük elm ocağı. 1945 il martın 27-dә SSRİ EA-nın Azәrb. filialı әsasında tәsis edilmişdir. H. Azәrb. EA tәsis edilәrkәn onun tәrkibinә seçilәn ilk 15 akademikdәn biri olmuşdur. O, E.A-nın fәaliyyәtini ñanlandırmaq, elmi tәdqiqat işlәrini genişlәndirmәk mәqsәdilә fәal iş aparır, SSRİ EA-nın aparıcı alimlәri ilә görüşür, mәslәһәtlәşirdi. Akademiyanın indiki Memarlıq vә İnñәsәnәt İn-tu bilavasitә onun tәşәbbüsü ilә yaradılmış, bәstәkar һәmin in-tun ilk direktoru olmuşdur. H. mәһsuldar bәstәkarlıq fәaliyyәti ilә yanaşı, elm sahəsində dә araşdırmalarını müntәzәm olaraq davam etdirirdi. Onun musiqişünaslıq saһәsindә apardığı çoxillik sәmәrәli tәdqiqatların nәtiñәsi olan "Azәrbayñan xalq musiqisinin әsasları" monoqrafiyası tәkñә müәllifinin deyil, bütünlükdә Azәrb. sәnәtşünaslıq vә estetika elmlәrinin әn böyük uğurlarından biri kimi bu gün dә öz fundamental nәzәri әһәmiyyәtini qoruyub saxlamaqdadır. EA-nın in-tlarında H.-un һәyat vә yaradıñılığının müxtәlif yönlәrdәn öyrәnilmәsinә һәsr olunmuş bir sıra tәdqiqat işlәri aparılmış, monoqrafiyalar yazılıb çap edilmişdir. Hazırda Azәrb. EA-nın tәrkibindә müasir elmin әn müxtәlif istiqamәtlәri üzrә araşdırmalar aparan 34 elmi tәdqiqat müәssisәsi, 10 xüsusi konstruktor bürosu fәaliyyәt göstәrir..