Bakıxanov Әһmәd (Әһmәdxan) Mәmmәdrza oğlu

(1892—1973) —tarzәn, pedaqoq, musiqi xadimi. Azәrb. xalq art. (1973), әmәkdar müәllim (1943), әmәkdar inc. xad. (1964). 1920 ildәn pedaqoji fәaliyyәtә başlamışdır. 20—30 illәrdә bir sıra musiqi ansamblı yaratmış, 1941 ildә H.-un tәşәbbüsü ilә xalq çalğı alәtlәri ansamblını tәşkil etmiş vә ömrünün sonunadәk onun rәһbәri olmuşdur (ansambl 1973 ildәn B.-un adını daşıyır). Azәrb. xalq musiqisinin, xüsusilә muğamların tәbliğindә B.-un böyük xidmәti var. O, H.-la sıx әmәkdaşlıq etmiş, onunla ailәvi yaxın olmuşdur. B. Azәrb. muğamlarının qorunub saxlanmasında H.-la һәmrәy olmuş, milli musiqiyә münasibәtdә, yeni ifaçılar nәslinin yetişdirilmәsindә onun әnәnәsini davam etdirmişdir. B. musiqi mәktәblәri üçün muğamat proqramı tәrtib etmişdir. Onun nota saldığı «Azәrbaycan xalq rәnglәri» (1964), «Azәrbaycan ritmik muğamları» (1968), «Muğam, mahnı, rәng» (1975) mәcmuәlәri çap edilmişdir..