Bakıxanov Tofiq Әһmәdağa (Әһmәdxan) oğlu

(d. 1930) — bәstәkar, skripkaçı. Azәrb. xalq art. (1990), әmәkdar inc. xad. (1973). Ә. M. Bakıxanovun oğludur. "Altı qızın biri Pәri" (1964), "Mәmmәdәli kurorta gedir" (1969), "Qız görüşә tәlәsir" (1978) musiqili komediyalarının (һәr üçü N. Mәmmәdovla birgә), "Xәzәr balladası" (1968), "Şәrq poeması" (1976), "Xeyir vә şәr" (1990) birpәrdәli baletlәrinin, simfoniyalar, simf. poemalar, vokal vә instrumental әsәrlәrin müәllifidir. H.-un mәslәһәti ilә 1938 ildә ADK nәzdindәki 10 illik musiqi mәktәbinin skripka sinfindә oxumuşdur. 1945 ildә B.-un skripkada ifasını eşidәn H. onu yüksәk qiymәtlәndirmişdir. B.-un repertuarına "Arşın mal alan" mövzusunda fantaziya vә "Aşıqsayağı" әsәri daxildir.

C. Həsənova-İsmayılova. Tofiq Bakıxanov 70