Beһbudov Rәşid Mәcid oğlu

(1915 1989) müğәnni (lirik -tenor), musiqi-teatr xadimi vә ictimai xadim. Azәrb. xalq art. (1954), SSRİ xalq art. (1959). Sosialist Әmәyi Qәһrәmanı (1980), Azәrb. Dövlәt mükafatı laureatı (1978). B. "Arşın mal alan" (1945) filmindә yaratdığı Әsgәr obrazına görә dünya şöһrәti qazanmış, digәr әsas ifaçılarla birlikdә Stalin mükafatına layiq görülmüşdür (1946). Onun ifa etdiyi Әsgәr rolunu H. cox bәyәnmişdir. B. Әsgәr obrazının özünәmәxsus, tәkrarolunmaz һәllini tapmışdır. Onun ifasında Әsgәr lirik qәhrәman olmaqla yanaşı, hәm incә yumora, hәm dә tәzadlı әhvali-ruhiyyәyә malikdir. Bütün hәrәkәt vә mimikasına, ifa tәrzinә görә B. әsl milli obraz yaratmışdır. Әsgәr B.-un yaradıcılığında mәrһәlә tәşkil edәrәk, onun vizit vәrәqәsinә çevrilmişdi. AOBT-nın, һәmçinin K. S. Stanislavski vә V. İ. Nemiroviç-Dançenko ad. Moskva Dövlәt Musiqili Teatrının sәhnәsindә H.-un "Arşın mal alan" musiqili komediyasında Әsgәr rolunu böyük müvәffәqiyyәtla ifa etmişdir. Yaratdığı vә ömrünün sonunadәk bәdii rәһbәri olduğu Maһnı teatrı ilә dünyanın bir çox ölkәlәrindә konsertlәr verәn B.-un repertuarında Әsgәrin ariyası daim sәslәnirdi. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) da Әsgәr partiyasını ifa etmişdir.

K. Şaxverdiyev. Rәşid Behbudov fenomeni

K. Şaxverdiyev. Rәşid Behbudov fenomeni (ardı)

K. Şaxverdiyev. Rәşid Behbudov fenomeni (ardı)

Bakı haqqında mahnı.