Braudo Yevgeni Maksimoviç

(1882 —1939) — musiqi nәzәriyyәçisi, Peterburq İncәsәnәt Tarixi İn-tunun prof. 1936 ildә Azәrb. musiqi mәdәniyyәti ilә yaxından tanış olmaq niyyәtilә Bakıya gәlmiş, H.-la da tanış olmuş, Azәrb-ın bir sıra bölgәlәrini gәzmişdir. Peterburqa dönәndәn sonra «Sovetskoye iskusstvo» qәzetindә (5 oktyabr 1936, ¹ 46) «Türk maһnısı» mәqalәsini yazmışdır. Mәqalәdә Azәrb. xalq musiqisi vә maһnılarının xüsusiyyәtlәrindәn, onların virtuoz ifaçılarından vәcdlә danışılır. Onun «Can Azәrbaycan» adlı әlyazma әsәri da maraq doğurur. B. «xalq musiqisinin böyük bilicisi» adlandırdığı H.-la müntәzәm mәktublaşırdı.