Bünyadzadә Sәfәr Xoca oğlu

(?—?) — müәllim, publisist. «Tuti» (1914 —1917) jurnalının redaktoru (1916 ildәn һәm dә naşiri) olmuşdur. B. «Sәda», «Sәdayi-Vәtәn» vә b. mәtbuat orqanlarında müxtәlif imzalarda yazılar dәrc etdirmiş, uşaqlar üçün һekayәlәr yazmışdır. Milli mәktәblәrdә istifadә ücün «Kәşkül» adlı nәğmәlәr mәcmuәsi (notsuz) nәşr etdirmişdi (1915). B. Azәrb. teatrında opera vә musiqili komediyaların әleyһdarlarından olmuş, H.-un operalarını «falsız yumurta» adlandırmış, bәstәkarın özünü isә layiqsiz ifadәlәrlә tәһqir etmişdi. H. isә B.-nin tәrtib etdiyi «Kәşkül» mәcmuәsi һaqqında «Tәnqid әvәzinә» adlı kәskin rә'y yazmışdır («Yeni iqbal» qәzeti, 4 yanvar 1916, ¹ 199). Bu mәqalәdә mәcmuәdәki nәğmәlәrin notsuz çap edilmәsi, һavaları mә'lum olmayan һәr nәğmәni notsuz tә'lim etmәk mәslәһәtlәri vә s. ciddi tәnqid olunurdu.