Cabbar Qaryağdı oğlu

(Cabbar Mәşәdi İsmayıl oğlunun tәxәllüsü; 1861—1944) — xanәndә, musiqi xadimi. Azәrb. xalq art. (1935). Azәrb. xanәndәlik sәnәtinin әn görkәmli nümayәndәlәrindәndir. Musiqi tәһsilini Şuşada Xarrat Qulunun mәktәbindә almışdır. 1887 ildә Ә. Haqverdiyevin һazırladığı "Mәcnun Leylinin mәzarı üstündә" musiqili sәһnәciyindә Mәcnun rolunu ifa etmişdir. ADK-nın yaradılmasında H.-un yaxın mәslәkdaşlarından olmuş, burada klassik xalq musiqisindәn dәrs demişdir. C. Q. o., әsәrlәrindә xalq musiqisindәn, muğamatdan bәһrәlәnәn H.-la yaxından әmәkdaşlıq etmiş, ona yaradıcılıq kömәyi göstәrmişdir.