Cabbarlı Cәfәr Qafar oğlu |
(1899 —1934) — dramaturq, şair, yazıçı, rejissor. Azәrb. әmәkdar inc. xad. (1932). Yaradıcılığa lirik vә satirik şerlәrlә başlamış, һekayәlәr yazmışdır. Lakin C. әdәbiyyat tarixindә yeni Azәrb. dramaturgiyasının banisi kimi tanınmışdır. Onun "Solğun çiçәklәr" (1917), "Aydın" (1919), "Oqtay Eloğlu" (1922), "Od gәlini", "Sevil" (һәr ikisi 1928), "1905 ildә", "Almaz" (һәr ikisi 1931), "Yaşar" (1932) vә s. pyeslәri Azәrb. dramaturgiyası, teatrı, һabelә kinosunun inkişafında müstәsna rol oynamışdır. H.-la yaxın şәxsi vә yaradıcılıq әlaqәsi saxlamışdır. Hәr ikisi "Müsavat" partiyasının üzvü olmuş, ADR-in rәsmi orqanı olan "Azәrbaycan" qәzetindә birlikdә çalışmışlar. C.-nın parlament iclaslarından yazdığı protokollar qәzetdә dәrc olunurdu. H. öz mәqalәlәrindә һәmin materiallardan istifadә edirdi.. |