"Cәngi"

- H.-un musiqi pyesi. Bәstәkarın 1941—1945 illәr müһaribәsi dövründә bәstәlәdiyi әn mәşһur әsәrdir. İlk dәfә 1941 ildә Azәrb. xalq çalğı alәtlәri ork. tәrәfindәn ifa olunmuşdur. Әsәr az sonra fp. üçün işlәnmiş vә bu transkripsiya 1956 ildә Azәrb. Musiqi Nәşriyyatında nәşr edilmişdir. "C." müxtәlif illәrdә tar, kamança, zurna, kanon vә s. alәtlәr üçün dә transkripsiya olunmuşdur. Әsәrin böyük simf. ork. üçün variantı da var. "C." pyesi ilә H. professional Azәrb. musiqisinә yeni bir janrın yol açmasına zәmin yaratdı. Sonralar S. Hacıbәyov, S. Әlәsgәrov, Adil Gәray, H. Xanmәmmәdov, S. Rüstәmov vә b. bu janrda yeni әsәrlәr bәstәlәdilәr..