Әbdülqadir Marağai

Әbdülqadir Ibn Qeybi Әl-Hafiz Әl- Marağai (I353—1435) —Azәrb. musiqi nәzәriyyәçisi, bәstәkar vә xanәndә. Әl-Fәrabi, İbn Sina, Sәfiәddin Urmәvinin musiqi nәzәriyyәlәrini inkişaf etdirmiş, nәzәri әsәrlәrindә mәqam vә ritmlәrin quruluşunu izaһ etmiş, ilk dәfә olaraq, 12 әsas mәqamdan törәmә 24 şöbә sistemini elmi cәһәtdәn әsaslandırmış, dövrünün musiqi formalarının tәsvirini vermişdir. Onun yaratdığı 20 yeni ritmdәn (iqa) 6-sı klassik ritmlәr silsilәsinә daxil edilmişdir. Ә. M. bir çox musiqi alәtindә çalmış, bәzi alәtlәri isә tәkmillәşdirmişdir. Onun elmi-nәzәri vә musiqi yaradıcılığı Yaxın vә Orta Şәrq musiqi mәdәniyyәtinin inkişafına böyük tәsir göstәrmişdir. Ә. M.-nin yararıcılığını yüksәk qiymәtlәndirәn H. "Azәrbaycan xalq musiqisinin әsasları" әsәrindә onun һaqqında da mәlumat vermişdir.