Әlәkbәrova Şövkәt Feyzulla qızı

(1922—1993) — müğәnni. Azәrb. xalq art. (1959). 1938 ilin axırlarında bәdii özfәaliyyәt kollektivlәrinә baxışın AOBT-nda keçirilәn yekun konsertindә Ә.-nın oxuduğu "Qarabağ şikәstәsi" H.-un çox xoşuna gәlmiş vә bәstәkar onu, rәһbәrlik etdiyi Azәrb. Dövlәt Filarmoniyası Maһnı vә Rәqs Ansamblına solist götürmüşdür. Sonralar Ә. onun müğәnni kimi yetişmәsindә vә püxtәlәşmәsindә H.-u minnәtdarlıq һissilә xatırlamışdır: "Üzeyir bәy mәnim sәsimi çox xoşlayırdı. Hәmişә mәnә, "özündәn, sәsindәn muğayat ol" deyәrdi... O, bizә oxumağın sirrini öyrәdәrdi. Bu gün müxtәlif dәst-xәtli ansamblların, ork.-lәrin müşayiәti ilә oxuya bildiyim üçün ilk növbәdә Üzeyir bәyә, onun yaratdığı xora borcluyam". Ә. bәstәkarın "Qaragöz", "Şәfqәt bacısı", "Addımla әsgәr" maһnılarını çox gözәl oxuyardı. H. 1944 ilin dekabrında Tbilisidә keçirilmiş Zaqafqaziya resp.-ları musiqi ongünlüyünün yekunlarına dair mәqalәlәrindә ongünlükdә iştirak etmiş Ә.-nın adını xüsusi olaraq qeyd etmişdi.

Gülnarә Qurbanova.Həmişə yaradasan, həmişə yaşadasan...Onun ölməz simasi... .