Әlәsgәrov Süleyman Әyyub oğlu |
(1924-2000) — bәstәkar, dirijor, pedaqoq. Azәrb. xalq art. (1974). Ü. Hacıbәyov ad. Resp. mükafatı laureatı (1967). ADK-nı bitirmişdir (1948). Bakı Musiqi Mәktәbinin direktoru, Azәrb. Dövlәt Radio vә Televiziyası xalq çalğı alәtlәri ork.-nin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru vә s. vәzifәlәrdә işlәmişdir. 1956 ildәn ADK-da dәrs deyir (1976 ildәn prof.). 11 operetta, 2 opera, kantatalar, simfoniyalar, "Bayatı-Şiraz" simf. muğamı, kamera-vokal, instrumental vә s. әsәrlәrin müәllifidir. Ә.-un musiqisi xalq musiqisi intonasiyaları ilә sıx bağlıdır.
1941—44 illәrdә H.-un sinfindә Azәrb. xalq musiqisinin әsaslarını öyrәnmiş, 1943 ildә Bәstәkarlar İttifaqına da H.-un zәmanәti ilә qәbul olunmuşdur. 1944—48 illәrdә Musiqili Komediya Teatrında "Arşın mal alan", "0 olmasın, bu olsun", "Әr vә arvad" musiqili kome-diyalarına dirijorluq etmiş vә H. onun işini bәyәnmişdir. Ә. sonralar da H.-un әsәrlәrinә dirijorluq etmişdir. Trio üçün "Düşüncә" pyesini vә müğәnni ilә simf. ork. üçün "Eşq olsun sәnәtkara" balladasını böyük bәstәkarın xatirәsinә һәsr etmiş, H.-un 1 kantatasını xalq çalğı alәtlәri ork. üçün işlәmişdir.
"Bayatı-Şiraz" simfonik muğamı. |