Әliyev Mirzәağa Әli oğlu |
(1883 —1954)— aktyor. SSRİ xalq art. (1949). Stalin mükafatı laureatı (1943, 1948). İlk dәfә sәһnәyә 1901 ildә çıxmışdır. 1906—07 illәrdә "Hәmiyyәt" teatr truppasının rәһbәri vә aktyoru olmuş, 1907—12 illәrdә "Nicat" cәmiyyәtinin teatr truppasında çıxış etmişdir. 1912 —16 illәrdә Rusiyada, Türkiyәdә, İranda vә s. tamaşalar vermişdi. Bakı Azad Tәnqid-Tәbliğ Teatrının tәşkilatçısı, 1924 ildәn ömrünün sonunadәk ADT-nın aktyoru olmuşdur. H.-un "Әr vә arvad" (Kәblә Qubad), "O olmasın, bu olsun" (Mәşәdi İbad), "Arşın mal alan" (Soltan bәy) musiqili komediyalarında son dәrәcә realist, koloritli, unudulmaz sәһnә obrazları yaratmışdır. Azәrb. radiosunda lentә alınmış "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının radio-tamaşalarında Mәşәdi İbad vә Soltan bәy rollarını ifa etmişdir. Kino aktyoru kimi dә mәşһur idi. |