Әmirov Mәşәdi Cәmil Әmiraslan oğlu

(1875—1928) — tarzәn, bәstәkar, musiqi xadimi. Musiqiçi kimi yetişmәsinә M. Nәvvabın musiqi mәclislәrinin böyük tәsiri olmuşdur. 1907 ildәn Gәncәdә yaşamış, bir sıra mәşһur xanәndәlәri tarda müşayiәt etmişdir. 1911—12 illәrdә İstanbulda musiqi tәһsili almışdır. "Seyfәlmülk" operasının vә "Namuslu qız" musiqili dramının müәllifidir. H.-un Şuşa, Gәncә, Tiflis vә İrәvanda göstәrilmiş "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm" operalarında Mәcnun, Kәrәm partiyalarını oxumuşdur.