Abdullazadә Rzaqulu Abdulla oğlu

(Әliyev, tәxәllüsü Seyfi; 1894—1937) — rejissor, aktyor, teatr xadimi. 1910 ildәn sәһnәdә çalışmış, 1919 ildә Türkmәnistanda Azәrb. teatr truppasında rej. vә bәdii rәһbәr olmuş, һәmin truppada H.-un «O olmasın, bu olsun» vә «Arşın mal alan» musiqili komediyalarının quruluşunu vermiş, baş rollarda çıxış etmişdir. H.-un komediyalarının fars dilinә ilk tәrcümәçisidir..