Firdovsi Әbülqasım

(tәqr. 934— tәqr. 1030) — fars vә tacik şairi. Dünya әdәbiyyatının әn möһtәşәm abidәlәrindәn olan «Şaһnamә» eposunun müәllifidir: H. «Şaһnamә»nin әn çox yayılmış dastanlarından olan «Rüstәm vә Söһrab»ın süjeti әsasında libretto yazmış vә eyniadlı opera bәstәlәmişdir. Operanın әdәbi mәtni әruz vәzni ilә qәlәmә alınan şe'r parçaları ilә zәngindir. Operanın ilk tamaşası 1910 il noyabrın 12(25)-dә olmuşdur. H. «Maarif işlәri, yaxud şurayi-valideyn» adlı felyetonunda da «Şaһnamә» eposunun şe'rlәrindәn istifadә etmişdir. 1934 ildә F.-nin 1000 illik yubileyi münasibәtilә H. xor vә simf. ork. üçün kantata bәstәlәmişdir.