"Firuzә"

H.-un yarımçıq qalmış operası. 1945 ildә yaradılırdı. Librettosu H. tәrәfindәn xalq rәvayәtlәri әsasında yazılmışdır. İlkin adı "Şәһrәbanu" idi. Bәstәlәnmiş musiqi parçaları arasında Firuzәnin ariyası xüsusilә diqqәtәlayiqdir. Onun musiqisi һәzinliyi, şairanәliyi ilә fәrqlәnir. Bu ariya melodiyasının ifadәliliyi vә oxunaqlığına görә bәstәkarın yazdığı әn gözәl opera ariyalarından biridir. Operanın librettosu H.-un "Seçilmiş әsәrlәri"nin I cildindә (B., 1964) çap olunmuşdur. Firuzәnin ariyası Moskvada (Y. Fidlerin tәrcümәsi ilә 1949; P. Pançenkonun tәrcümәsi ilә 1956) vә Bakıda (Ü. Hacıbәyov. "Seçilmiş ariyalar, romanslar vә maһnılar" toplusu. Tәrtibçi vә redaktor Ә. Abbasov. B., 1975) nәşr edilmişdir..