Füzuli Mәһәmmәd Süleyman oğlu

(1494—1556) — şair, mütәfәkkir. Azәrb., fars vә әrәb dillәrindә klassik Şәrq poeziyasının qәzәl, qәsidә, müsәddәs, tәrkibbәnd, tәrcibәnd, rübai, qitә, mürәbbe vә digәr formalarında yazmış, һәr üç dildә divan bağlamışdır. "Bәngü Badә", "Әnis ülqәlb", "Yeddi cam", "Sәһһәt vә Mәrәz", "Rindü Zaһid», "Şikayәtnamә", "Hәdiqәt üssüәda", "Mәtlә ül etiqad» vә s. әdәbi-bәdii, fәlsәfi vә elmi әsәrlәrin müәllifidir. Tәkcә Azәrb. vә ümumtürk әdәbiyyatının deyil, dünya poeziyasının nadir incilәrindәn biri olan "Leyli vә Mәcnun" poeması F. sәnәtinin zirvәsidir. H. böyük şair sәlәfinin poeziyasını һәdsiz dәrәcәdә sevmiş, ona dәrindәn bәlәd olmuş, sinәdәftәr әzbәr bilmiş, әdәbi-bәdii vә musiqi yaradıcılığında F. irsinә dönәdönә müraciәt etmiş, ondan bol-bol faydalanmışdır. Bu yaradıcılıq tәmasının әn böyük bәһrәsi H.-un şairin eyniadlı poeması әsasında bәstәlәdiyi, bütün Yaxın vә Orta Şәrqdә ilk opera olan ölmәz "Leyli vә Mәcnun" operasıdır (1908). Bәstәkar "Әsli vә Kәrәm" operasında, musiqili komediyalarında da Füzuli qәzәllәrindәn istifadә etmiş, Sәrvәr vә Gülnazın ("O olmasın, bu olsun"). Әsgәr vә Gülçöһrәnin ("Arşın mal alan") mәnәvi alәmini, iztirab vә sevinclәrini onların vasitәsi ilә mәһarәtlә açmışdır. H. әdәbi vә jurnalistlik fәaliyyәtindә dә F.poeziyasından mәһarәtlә bәһrәlәnәrәk, Sabiranә parodiyalar yaratmışdır..