Hacıbababәyov Hüseynağa Soltan oğlu

(18981972) müğәnni (lirik tenor). Azәrb. xalq. art. (1938). 1916 ildәn Azәrb. musiqi truppasının qastrollarında iştirak etmiş, Ü. Hacıbәyovun muğam operalarında vә musiqili komediyalarında qadın rollarını Leyli, Әsli, Xurşid Banu, Gülçöhrә, Gülnaz ("Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "Şah Abbas vә Xurşid Banu", "Arşın mal alan", "O olmasın, bu olsun") oynamışdır. 192062 illәrdә AOBT-nın solisti olmuş, Mәcnun, Kәrәm, Әsgәr vә Süleymanın ("Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "Arşın mal alan") partiyalarını oxumuşdur.