Hacıbәyov Zülfüqar Әbdülhüseyn oğlu

(1884—1950) —bәstәkar. Azәrb. әmәkdar inc. xad. (1943). Ü. Hacıbәyovun böyük qardaşı, Niyazinin atasıdır. Azәrb. musiqi mәdәniyyәtinin inkişafında xidmәtlәri böyükdür. İlk Azәrb. operalarından olan "Aşıq Qәrib" (1915, tamaşası 1916) әsәrindә muğamlara әsaslanmış, xalq musiqi folkloru ilә Avropa musiqisini әlaqәlәndirmәyә çalışmışdır. Öz librettolarına bәstәlәdiyi "Әlli yaşında cavan" (1909), "Varlı" ("On bir yaşında gәlin", 1911), "Evliykәn subay" (1911) musiqili komediyaları musiqisinin sadәliyi, aydınlığı vә dramaturgiya baxımından diqqәtәlayiqdir. Bir sıra mahnı, simf. ork., nәfәs alәtlәri vә xalq çalğı alәtlәri üçün әsәrlәr, dram tamaşalarına, "Almaz" kinofilminә (Niyazi ilә birgә) musiqi yazmışdır. "Nüşabә" vә "Üç aşıq" ("Mәlikmәmmәd") operaları yarımçıq qalmışdır.

Rza Bayramov. Ölməz sənətkar (Zülfüqar Hacıbəyovun anadan olmasının 120 illiyi)