Hacıbәyov Soltan İsmayıl oğlu

(1919—1974) — bәstәkar, pedaqoq. SSRİ xalq art. (1973), SSRİ (1952) vә Azәrb. (1970) Dövlәt mükafatları laureatı. Prof. (1964). Ü. Hacıbәyovun әmisi oğlu İsmayılın oğludur. 1941—1945 illәrdә ADK-nda B. Zeydmandan (bәstәkarlıq) vә Ü. Hacıbәyovdan (Azәrb. xalq musiqisinin әsasları) dәrs almışdır. Yaradıcılığında Ü. Hacıbәyovun әnәnәlәrindәn, zәngin xalq musiqisindәn bәhrәlәnmişdir. Bәstәkar kimi formalaşmasında Ü. Hacıbәyov böyük rol oynamışdır. Onun bәstәkarlıq sәnәtini seçmәsinә dә mәhz Üzeyir bәylә şәxsi ünsiyyәtinin hәlledici tәsiri olmuşdur. 1931 — 1941 illәrdә Üzeyir bәyin evindә yaşamışdır. Üzeyir bәy әmisi nәvәsinin bәstәkarlıq sahәsindәki ilk addımlarını diqqәtlә izlәyir, onun hәvәsini, marağını tәqdir edir, lazım gәlәndә kömәkçi kimi öz yaradıcılıq işlәrinә dә cәlb edirdi. H. "Qızıl gül" (1940) musiqili komediyasını da Üzeyir bәyin evindә yaşayarkәn bәstәlәmişdi. "Karvan" (1945) simfonik әsәrini Ü. Hacıbәyova hәsr etmiş, 1960 ildә "O olmasın, bu olsun" musiqili komediyasını orkestrovka etmişdir. H.-un yaradıcılığında simf. musiqi әsas yer tuturdu. O, "Gülşәn" baletinin (1950), uşaqlar üçün "İsgәndәr vә çoban" (1947) operasının, bir neçә simfoniya vә uvertüraların, mahnı vә romansların, dram tamaşalarına musiqinin müәllifidir.

ÀzadÎzan Êərimli. Soltan Hacibəyovun 80 illiyinə tanıdığımız vә tanımadığımız S.Hacıbәyov