(1913-1971)—dirijor. Azәrb. әmәkdar inc. xad. (1960). Üzeyir bәyin qardaşı Z. Hacıbәyovun oğludur. Uşaqlıqdan skripka çalmağa başlamış, 1931 ildәn AOBT-nın ork.ndә Ü. Hacıbәyov vә M. Maqomayevin rәhbәrliyi ilә skripkaçı kimi fәaliyyәt göstәrmişdir. 1938—53 illәrdә Azәrb. Musiqili Komediya Teatrında baş dirijor olmuş, bir çox tamaşalara, o cümlәdәn Ü. Hacıbәyovun musiqili komediyalarına dirijorluq etmişdir. 1953—60 illәrdә Azәrb. Dövlәt Radio vә Televiziya Verilişlәri Komitәsinin simf. ork-ndә baş dirijor, 1953 ildәn ömrünün sonunadәk Ü. Hacıbәyov ad. Azәrb. Dövlәt Simf. Ork-ndә dirijor olmuşdur.
|