Hacıbәyova Mәleykә Hәsәnağa qızı

(1893—1966) — pedaqoq, maarifçi, musiqişünas. Ü. Hacıbәyovun hәyat yoldaşı. Terequlovlar ailәsindәndir. Tiflisdә Birinci Qızlar gimnaziyasında oxumuş, pedaqoji fәaliyyәt göstәrmişdir. 1910 ildә Hacıbәyova әrә getmiş vә Bakıya köçmüşdür. Burada da pedaqoji fәaliyyәtini davam etdirmiş, Azәrb.da konservatoriya tәşkil olunanda oraya daxil olmuş, nәzәri biliklәrә yiyәlәnmişdir. Üzeyir bәyin ölümündәn sonra bәstәkarın "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isә Moskvada nәşr olunub işıq üzü görmәsindә onun böyük әmәyi vә xidmәti olmuşdur.