Abdullayev Lütfәli Әmir oğlu

(19141973) aktyor. Azәrb. xalq art. (1960). 1938 ildәn ömrünün axırınadәk Azәrb. Musiqili Komediya Teatrında işlәmişdir. H.-un "O olmasın, bu olsun" musiqili komediyasında yaratdığı Mәşәdi İbad obrazı onun әn yaxşı rollarındandır. "Arşın mal alan" (1945) filmindә oynadığı Vәli roluna görә Stalin mükafatına layiq görülmüşdür (1946).