Hacıyev Әhmәd Cövdәt İsmayıl oğlu

(1917-2002) — bәstәkar, pedaqoq. Azәrb. xalq. art. (1960), prof. (1963). Stalin mükafatları laureatı (1946, 1952). Milli simfonizmin yaradıcılarındandır. Bәstәkar kimi yetişmәsindә Ü. Hacıbәyovun mühüm rolu olmuşdur. H. 1926 ildә Hacıbәyovun tövsiyәsi ilә skripka üzrә mәşğul olmağa başlamışdır. Üzeyir bәyin mәslәhәti ilә konservatoriyaya daxil olduqdan sonra isә onun sinfindә Azәrb. xalq musiqisinin әsaslarını öyrәnmişdir. Üzeyir bәy gәnc bәstәkara hәmişә qayğı ilә yanaşmış, onun üslubunun, musiqi dünyagörüşünün formalaşmasına böyük tәsir göstәrmişdir. 1936 ildә ilk iri әsәrini—"Simfoniya"nı dinlәdikdәn sonra Üzeyir bәy ona tәhsilini Moskvada davam etdirmәyi mәslәhәt görmüşdür. H. 1938 ildә Moskva konservatoriyasında A. İ. Aleksandrovun, sonralar isә D. D. Şostakoviçin sinfindә oxumuşdur. O, 8 simfoniyanın (o cümlәdәn, Azәrb. xalqının böyük oğlu Heydәr Әliyevә hәsr olunmuş "Onu zaman seçib" simfoniyasının), "Sülh uğrunda" simf. poemanın (1957), "Vәtәn" operasının (Q. Qarayevlә birlikdә, 1945), xor, solist vә ork. üçün oratoriyanın (1949) vә s. әsәrlәrin müәllifidir.

Lalə Hüseynova . Böyük bəstəkar, əsl vətəndaş