Hadrut

Azәrb. Resp.-nda şәhәr tipli qәsәbә. Hadrut r-nunun mәrkәzi. 1904 ildә Qori seminariyasını bitirәn Hacıbәyov Cәbrayıl qәzasının H. kәnd mәktәbinә müәllim göndәrilmiş, burada rus dili, hesab vә musiqidәn dәrs demiş, mәktәbә öz puluna pianino almışdı. 1905 ildә ermәni-müsәlman (Azәrb.) davası başlandığından Hacıbәyov pedaqoji fәaliyyәtini yarımçıq qoyaraq Bakıya köçmüşdür.