Haqverdiyev Әbdürrәhim bәy Әsәd bәy oğlu

(1870—1933) — yazıçı, dramaturq, ictimai xadim. Azәrb. әmәkdar inc. xad. (1928). 1891 ildә Peterburq yol mühәndislәri in-tuna daxil olmuş, eyni zamanda, azad dinlәyici kimi Peterburq un-tinin şәrq fakultәsindә oxumuşdur. İlk dram әsәrlәrini dә tәhsil illәrindә qәlәmә almışdır. "Bәxtsiz cavan", "Pәri-cadu" vә s. pyeslәrin, "Ağa Mәhәmmәd şah Qacar" tarixi faciәsinin, realist nәsr әsәrlәrinin ("Marallarım" adlı hekayә silsilәsi, " Xortdanın cәhәnnәm mәktubları" povesti, "Bomba", "Şeyx Şaban", "Mirzә Sәfәr" vә s. hekayәlәri) müәllifidir. Ü. Hacıbәyov 1897—98 illәrdә Şuşada H.-in rәhbәrliyi vә Cabbar Qaryağdı oğlunun ifası ilә göstәrilәn "Mәcnun Leylinin mәzarı üstündә" adlı sәhnәcikdә xorda iştirak etmişdir. 20 әsrin әvvәllәrindәn Bakıda yaşayan H. burada әdәbi yaradıcılıqla yanaşı rej.-luqla da mәşğul olmuş, 1908 ildә "Leyli vә Mәcnun" operasının ilk tamaşasına dirijorluq etmişdir.