Hәqiqәt

gündәlik ictimai-siyasi vә әdәbi qәzet. 190910 illәrdә Bakıda Orucov qardaşlarının mәtbәәsindә nәşr edilirdi. 156 sayı çıxmışdır. Naşiri vә baş redaktoru Ü. Hacıbәyov idi; 121-ci sayından sonra redaktoru O. Orucov olmuşdur. H. Azәrb. dövri mәtbuatının tarixindә izi qalmış qәzetlәrdәndir. Hacıbәyovun Bәyani-mәslәk ünvanlı baş mәqalәsi ilә nәşrә başlayan H.dә onun onlarca dәyәrli publisist mәqaləsi (Halımıza dair, Qәdrşunaslıq, Hәr işi öz әhlinә tapşırmalı, Dil vә s), çoxlu duzlumәzәli felyetonu (Purişkeviç vә Hacı Xudu vә s). 2 açıq mәktubu, neçә-neçә sәhnәciyi dәrc olunmuşdur. Hacıbәyovun 1910 il mayın 30-da rus dilindә çıxan Kaspi, Baku qәzetlәrindә dәrc edilmiş mәktubunda onun daha H. qәzetindә işlәmәdiyi vә hәmin qәzetlә heç bir әlaqәsi olmadığı bildirilirdi.