Hidayәtzadә İsmayıl Hüseyn oğlu

(1901—1951) — aktyor, rejissor, teatr xadimi. Azәrb. xalq art. (1938). Sәһnә fәaliyyәtinә 1917 ildә peşәkar milli teatr kollektivlәrinin tamaşalarında başlamış, 1920 ildәn Birlәşmiş Dövlәt Teatrının dram truppasında (indiki ADT) aktyorluq etmişdir. H. һәm dә görkәmli rej. olmuş, Hüseyn Cavid, C. Cabbarlı, S. Rüstәm vә b. pyeslәrini tamaşaya qoymuşdur. 1937 ildәn ömrünün sonunadәk AOBT-nın baş rej. işlәmişdir. "Koroğlu" operasını ilk dәfә tamaşaya qoymuşdur; onun tamaşaya verdiyi quruluş Azәrb. opera sәnәti tarixindә milli rej.-luq mәdәniyyәtinin uğuru olmuş, 1938 ildә Moskvada keçirilmiş Azәrb. incәsәnәti ongünlüyündә; yüksәk giymәtlәndirilmişdir. "Arşın mal alan" musiqili komediyasını da tamaşaya qoymuşdur.