«İqbal» |
— gündәlik ictimai-siyasi vә әdәbi qәzet. «Müsavat» partiyası ideyalarının ilk tәbliğatçısı. 1912—1915 illәrdә Bakıda çıxmışdır. Müxtәlif illәrdә «İ».-a S. Eynullayev (İbraһimov), Seyid Hüseyn redaktorluq etmişlәr. 1914 ildәn baş redaktoru M. Ә. Rәsulzadә olmuşdur. H.-un «İ.»-da ilk yazısı — «Ramazan ayında ibadәt» başlıqlı felyetonu qәzetin 4 sentyabr 1912 il tarixli 152-ci sayında dәrc olunmuşdur. Musiqi tәһsilini tәkmillәşdirmәklә mәşğul olan H. «İ.» qәzetilә dә әmәkdaşlığa imkan tapa bilmişdir; burada müәllifin Moskvadan yazıb göndәrdiyi «Ordan-burdan» başlıqlı 12 felyetonu çap olunmuşdur.. |