İsazadә Ağa Әһmәd İsa oğlu

(d. 1928) — musiqişünas. Sәnәtşünaslıq doktoru (1989). Azәrb. әmәkdar elm xad. (1991). 1955 ildәn Azәrb. EA Memarlıq vә İncәsәnәt İn-tunda işlәyir. H.-un yaradıcılığına dair «İnqilaba qәdәrki Bakının professional musiqi һәyatının tarixindәn», «Ü. Hacıbәyov vә M. Maqomayevin «Azәrbaycan türk el nәğmәlәri» mәcmuәsi vә onun Azәrbaycan folklorşünaslığının inkişafında elmi-tarixi әһәmiyyәti» vә s. mәqalәlәr yazmış, «Bәstәkarın xatirәsi» (1976), «Üzeyir Hacıbәyov һaqqında söz» (1985; 1990, rus dilindә) kitablarını tәrtib etmişdir..