«Kaspi»

— ictimai-siyasi, әdәbi qәzet. 1881—1919 illәrdә Bakıda rus dilindә, H. Z. Tağıyevin vәsaiti ilә çıxmışdır. Ә. M. Topçubaşov, Ә. Hüseynzadә, H. Zәrdabi vә b. müxtәlif vaxtlarda qәzetin redaktorları olmuşlar. «K.»-dә H.-un tamaşaya qoyulmuş bütün әsәrlәri һaqqında müntәzәm olaraq rә'y vә mә'lumat verilmişdir. İctimaiyyәt tәrәfindәn bәyәnilmәmiş «Şeyx Sәnan» operasının musiqisinin estetik dәyәri һaqqında әn müsbәt mәqalә dә «K»-dә dәrc edilmişdi.