Kәlәntәrli Münәvvәr Sәmәd qızı |
(1912—1963) —aktrisa. Azәrb. әmәkdar art. (1959). Sәһnә fәaliyyәtinә 1933 ildәn başlamış, әvvәllәr milli opera tamaşalarında, sonralar, әsasәn musiqili komediyalarda çıxış etmişdir. H.-un «Leyli vә Mәcnun» operasında Leylinin anası, «O olmasın, bu olsun» musiqili komediyasında Sәnәm rolunu ifa etmişdir. «Arşın mal alan» (1945) filmindә böyük ustalıqla yaratdığı Caһan xala obrazına görә K. 1946 ildә Stalin mükafatı laureatı adına layiq görülmüşdür. «O olmasın, bu olsun» filmindә (1956) yengә rolunda çәkilmişdir.. |