Qarayev Qara Әbülfәz oğlu

(1918 —1982) — bәstәkar, pedaqoq, iñtimai xadim. Azәrb. xalq art. (1958), SSRİ xalq art. (1959). Azәrb. EA akad. (1959). SSRİ Dövlәt (1946, 1948), M. F. Axundov ad. Resp. (1965) vә Lenin (1967) mükafatları laureatı. H.-un vәfatından sonra Azәrb. bәstәkarlıq mәktәbinә başçılıq etmiş, bu mәktәbin inkişafına böyük tәsir göstәrmiş, özünәmәxsus musiqi yaradıcılıq mәktәbi yaratmışdır. Qara Qarayev 1935—38 illәrdә ADK-da oxumuş, Azәrb. xalq musiqisinin әsasları üzrә H.-dan dәrs almışdır. 1938 ildәn tәһsilini Moskva konservatoriyasında davam etdirәrәk, 1946 ildә konservatoriyanı bitirmiş (D. Şostakoviçin bәstәkarlıq sinfini) vә һәmin ildәn ADK-da dәrs demişdir (1957 ildәn prof.).

Q. musiqinin demәk olar, bütün janrlarında yüksәk bәdii dәyәrli әsәrlәr yaratmışdır. Novator sәnәtkar olan Q. Azәrb. musiqisinin obraz-mәzmun dairәsini xeyli genişlәndirmiş, ilk dәfә psixoloji, fәlsәfi mәzmunda әsәrlәr bәstәlәmişdir. İnsanın gözәllik uğrunda mübarizәsi Q. musiqisinin әsas mövzusudur. Q. yaradıñılığının inkişaf mәnbәyi rәngarәngdir. O, şifaһi әnәnәli Azәrb. musiqisinin üslub xüsusiyyәtlәrindәn, әlәlxüsus aşıq vә muğam sәnәtindәn bәһrәlәnmişdir. Q.-in bir çox yaradıcılıq tәşәbbüslәrinin әsası H.-un musiqisi vә estetik prinsiplәri ilә bağlıdır. D. Şostakoviç, S. Prokofyev vә İ. Stravinskinin dә Q.-ә güñlü tәsiri olmuşdur. Klassik musiqi әnәnәlәrini inkişaf etdirәn Q. müasir musiqini neoklassik üsullu әsәrlәrlә zәnginlәşdirmişdir. Q. «Vәtәn» operasının (1945, Ñ. Hacıyevlә birgә, dünya şöһrәtli «Yeddi gözәl» (1952) vә «İldırımlı yollarla» (1957) baletlәrinin, «Ñoşğun qaskoniyalı» (1973) romantik musiqili komediyasının müәllifidir. Yaradıñılığının ilk çağlarından Q. simf. musiqiyә meyl etmiş, bilavasitә H.-un tәsiri altında «Azәrbayñan süitası»nı (1939) yaratmışdır. O, 3 simfoniya, «Leyli vә Mәñnun» simf. poeması, «Alban rapsodiyası», «Vyetnam süitası», «Don Kixot» simfonik qravürlәrinin, skripka ilә ork. üçün konsertin vә s. müәllifidir. Onun kinofilmlәrә, dram tamaşalarına yazdığı musiqi müstәqil müәllif konsepsiyası vә simf. vüsәti ilә seçilir. O, H.-un «Aşıqsayağı» әsәrini kamera ork.-i üçün transkripsiya etmişdir (1964). Q.-in publisist fәaliyyәti üçün dәrin elmilik, dolğunluq, kәskin tәnqid sәñiyyәvidir. Onun fikir vә mülaһizәlәri qlobal estetik problemlәr әtrafında qurulmuşdur. H.-un estetik tәsәvvürlәrindәn bәһrәlәnәrәk Q. әnәnә vә novatorluq, millilik vә beynәlmilәlçilik anlayışlarını öz baxımından һәrtәrәfli vәһdәtdә şәrһ etmişdir.

H. kimi Q. dә xalq musiqisini bәstәkar yaradıñılığının әsas mәnbәyi һesab edirdi. H.-u çox dәrindәn vә һәssaslıqla xarakterizә edәrәk onun Azәrb.-da bәstәkarlıq yaradıñılığının yaranması vә inkişafındakı rolunu xüsusi vurğulamışdır. H. һaqqında «Unudulmaz müәllim, böyük sәnәtkar» mәqalәsindә Q. yazırdı: «...Öz musiqi dilini zәnginlәşdirmәk, yeni bәdii ifadә vasitәlәri tapmaq mәqsәdini izlәyәn bәstәkar, xalq sәnәtinin һәyat bulağından daim su içmişdir. Eyni zamanda, öz әsәrlәrindә һeç bir zaman xalq nәğmә vә muğamlarını eynәn tәkrar etmәmiş, xalq musiqisinin maһiyyәtini ifadә etmәk üçün özünün orijinal yaradıñılıq üslubunu yaratmağa sәy göstәrmişdir. O, xalqın musiqisindәn istifadә edәrkәn, onu yeni bir keyfiyyәtlә,zәnginlәşdirilmiş bir şәkildә xalqa qaytarmaq mәqsәdini izlәmişdir». .