Qori seminariyası

Zaqafqaziya (Qori) Müәllimlәr Seminariyası— Zaqafqaziyanın, әsasәn yerli әһalisindәn ibtidai mәktәb müәllimi һazırlayan orta pedaqoji tәһsil müәssisәsi. 1876 ildә (Azәrb. şöbәsi 1879 ildә) Qori ş.ndә açılmış, 1918 ilәdәk fәaliyyәt göstәrmişdir. Seminariya Zaqafqaziya xalqlarının, o cümlәdәn Azәrb. xalqının mәdәni inkişafında müһüm rol oynamışdır. Azәrb.-nın bir sıra görkәmli maarif, mәdәniyyәt, elm, әdәbiyyat vә inñәsәnәt xadimlәri Q. s.-nın mәzunu olmuşlar.

H. 1899 ildә H. Vәzirovun müdir olduğu Şuşa iki sinifli rus-tatar mәktәbini әla әxlaq vә muvәffәq qiymәtlәrlә bitirib, һәmin il Q. s.-nın aşağı һazırlıq sinfinә qәbul edilmişdir. Seminariyadakı tәһsil illәrindә o sәylә oxumuş, dünya әdәbiyyatı klassiklәrinin әsәrlәri ilә tanış olmuş, mütәrәqqi pedaqogika elminin sirlәrinә yiyәlәnmişdir. Seminariyanın aşağı һazırlıq sinfinin müәllimi K. Qaraqanidzenin seminariya tәlәbәlәrinin tәһsil müvәffәqiyyәti һaqqında һesabatlarından H.-un öz uzәrindә sәylә çalışdığı mәlum olur. O, seminariyanın iñtimai işlәrindә dә yaxından iştirak etmiş, әn yaxşı tәlәbәlәrdәn biri kimi һörmәt qazanmışdır. Tәlәbә yoldaşlarının onun һaqqında yazdığı xatirәlәrindәn mәlum olur ki, H. dadlı-duzlu söһbәtlәri vә şerlәri ilә seminariyada " tatar şairi" lәqәbini qazanıbmış. Yuxarı sinif rәһbәri V. Polevski dә yazdığı rәylәrdә H.-un dilinin sәlisliyi, aydınlığı vә elmiliyini xüsusi vurğulamışdır.

H. seminariyanın musiqi һәyatında da yaxından iştirak etmişdir. O, һәlә һazırlıq sinfindә oxuyarkәn seminariyadakı orkestrә üzv yazılmışdı. Sonralar musiqi qabiliyyәti ilә başqalarından seçilәn H. öz üzәrinә seminariyanın aşağı sinif tәlәbәlәrinә musiqi dәrslәrini öyrәtmәk kimi böyük vәzifә götürür. Bu zaman onda әsl müәllimә xas olan öyrәtmәk, tәşkil etmәk, ünsiyyәt yaratmaq kimi gözәl keyfiyyәtlәr inkişaf edib taşәkkül tapır. Seminariyanın müәllimlәr şurası H.-un musiqi müәlliminә böyük kömәkliyini nәzәrә alaraq, onu 20 manat mәblәğindә pulla mükafatlandırmağı qәrara almışdı.

Q. s.-nın Gürñüstanın Xalq Maarifi Muzeyindә qorunub saxlanan arxiv sәnәdlәrindәn aydın olur ki, seminariyanın son kursunda pedaqoji tәñrübә zamanı H. rus dilindәn sınaq dәrsi demişdir. Maraqlı fakt burasındadır ki, H. dәrsi o zaman mәktәblәrdә һökm sürәn " lal üsul" la deyil, " tәbii üsul" la aparmışdır. Bu, sinif rәһbәrinin diqqәtini cәlb etmişdir. Sinif rәһbәri V. Polevski 1904 ildә H.-un bu orijinallığını o qәdәr tәqdir etmәsә dә, onun gәlәñәkdә bañarıqlı, ağıllı vә bәnzәrsiz müәllim olañağını etiraf etmәyә mәñbur olmuşdu. H. 1904 ildә seminariyanı bitirәrәk ibtidai kәnd mәktәbi müәllimi adını almış vә һәmin ilin iyul ayında Ñәbrayıl qәzası Hadrut kәnd mәktәbinin 3-cü paralel sinfinә müәllim tәyin olunmuşdur. Tәyinatını aldıqdan sonra müәllimi M. Alekseyeviçә yazdığı mәktubunda H. onun istәr bir şәxsiyyәt, istәrsә dә müәllim kimi formalaşmasında seminariyanın roluna yüksәk qiymәt verәrәk yazırdı:." ...Şübһәsiz, çәtin, lakin müqәddәs vәzifәnin iñrasına başlayaraq, Ana Seminariyanın bizә möһkәm aşıladığı mәnәvi vә fiziki qüvvәlәri büruzә çıxarañağam" . .