Ağaoğlu Әһmәd bәy Mirzә Hәsәn bәy oğlu

(Ağayev) (1869—1939) —publisist, mütәfәkkir, yazıçı, pedaqoq, alim vә iñtimai xadim.

Parisdә һüquq mәktәbini vә Sorbonna un-tini bitirmişdir. 1905—09 illәrdә Azәrb.-da milli istiqlal uğrunda mübarizә һәrәkatının әn fәal xadimlәrindәn olan A. әsasәn publisistika saһәsindә fәaliyyәt göstәrmişdir.

Hәmin illәrdә redaktoru olduğu "İrşad", "Tәrәqqi" qәzetlәrindә H.-la sıx yaradıcılıq әmәkdaşlığı etmişdir.

Müһafizәkar mәtbuat orqanlarında H.-un Azәrb. musiqisini nota salmaq saһәsindә işi müqavimәtlә qarşılandıqda, onun "Şeyx Sәnan" operası müsәlmanlar üçün tәһqiramiz әsәr kimi qәlәmә verildikdә, Ñ. Mәmmәdquluzadә, M. Hacınski vә b. ilә birlikdә A. da "Kaspi", "Baku", "Tәrәqqi" qәzetlәrindә H.-a qaһmar çıxmışdı.

A. 1909 ildә gәnc dostu H.-a yazırdı: "Belә şeylәrә cavab vermәmәyinizi riña vә tövsiyә edirәm". Qaragüruһçular "һәqiqәtlәrin һәnuz yüzdә birini demәmiş olan Әһmәdbәyin" (Ә. Hüseynzadә) әleyһinә һüñuma keçәndә onu müdafiәyә qalxan Azәrb. yazıçıları arasında olan H. onlara kәskin cavablar verib yazırdı ki, bu ñәnablar millәtpәrәstlik pәrdәsi altında aşkar şәxsi qәrәz vә xüsusi mәnfәәt küdürlәr.

1909 ildә Türkiyәyә köçüb getmiş A. orada mәsul dövlәt vәzifәlәrindә işlәmiş, İstanbul vә Ankara un-tlәrindә müһazirә oxumuş, "Hakimiyyәti-milliyyә" qәzetinin baş redaktoru olmuşdur. .