Quliyev Әliağa Eyvaz oğlu

(1917-1998) — tarzәn, Azәrb. xalq art. (1989). A. Zeynallı ad. musiqi mәktәbindә H.-un sinfini bitirmişdir. Sonralar H.-un rәһbәrlik etdiyi birinci notlu Azәrb. xalq çalğı alәtlәri ork.-indә (Azәrb. Radio Verilişlәri Komitәsinin nәzdindә) çalmış, 1936 ildәn AOBT-nda «Koroğlu» operasında tarzәnlәr qrupunun konsertmeysteri olmuşdur. Bu dövrdә Bakı Musiqi Texnikumunda da fәaliyyәtә başlamışdır. Burada H., elәńә dә S. Rüstәmov, Ә. Bakıxanov, Q. Pirimov, M. Mәnsurov, H. Xanmәmmәdov, Әmrullaһ vә Adil Gәray Mәmmәdbәyli ilә birlikdә Avropa not sistemi ilә tәdris planı tәrtib etmiş vә tәһsili bu yöndә davam etdirmişdir..