«Leyli vә Mәcnun»

—H.-un ilk operası. 1907 ildә yazılmış, 1908 il yanvarın 25-dә Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk redaktәdә әsәr 5 pәrdә vә 6 şәkildә, sonrakı quruluşlarda 4 pәrdә, 6 şәkildә idi. "L. vә M."-la Azәrb. musiqi mәdәniyyәti tarixindә yeni bir dövr açılmış, eyni zamanda müsәlman Şәrqindә opera janrının әsası qoyulmuşdur. Opera M. Füzulinin eyniadlı poemasının motivlәri әsasında yazılmışdır. Librettonun müәllifi H.-dur. O, poemanın әsas ideya mәzmununu, şerlәrini olduğu kimi saxlamış, eyni zamanda orta әsr Şәrq alәminin ziddiyyәtli müһitini daһa qabarıq vermişdir. Belәliklә H. keçmişin obrazları vasitәsilә yaşadığı dövrün gәrgin inkişafı ilә seçilәn demokratik proseslәrini açıb göstәrmişdir.

"L. vә M." muğam ilә Avropa operasının üzvi vәһdәtindәn yaranmış yeni opera janrının — muğam operasının ilk nümunәsidir. Muğamlar operanın әsas musiqi materialı olaraq әnәnәvi opera formalarını — ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio vә s.) әvәz etmişdir. Qәһrәmanların obrazlarının açılmasında, bütövlükdә musiqi dramaturgiyasının inkişafında muğamlar müһüm rol oynayır. "L. vә M."-da musiqi dramaturgiyasının tәdriñәn, lirik-epik planda inkişaf etmәsi onun obraz-emosiya mәzmunundan, intonasiyasının inkişafı vә kompozisiya quruluşundan irәli gәlmişdir. Operanın bir çox bitkin sәһnәlәri muğam üstündә qurulmuşdur. H. muğamların not yazısını vermәmişdir. Müğәnni xanәndәlәr öz vokal partiyalarını tarzәnin müşayiәtilә oxuyurlar.

H. muğamların әsrlәr boyu tәşәkkül tapmış әnәnәvi emosional tәsir güñünü, qavranılma xüsusiyyәtlәrini nәzәrә almışdır. Mәsәlәn, I pәrdәdә Leyli ilә Mәcnunun qarşılıqlı mәһәbbәtinin sevinc vә fәrәһi lirik, xoş әһvallı Segaһ muğamı ilә verilmişdir. Sonrakı pәrdәlәrdә talelәrinin faciәviliyini anlayan qәһrәmanların partiyasında kәdәr, iztirab ifadә edәn Şur, Bayatı-Şiraz vә s. muğamlar sәslәnir. Oğlunun vәziyyәtindәn naraһat olan Mәcnunun atası 1 pәrdәdә һәyәñanlı, gәrgin Çaһargaһ muğamını oxuyur. Nofәlin cәngavәr obrazı üçün H. mәtin, marş xarakterli һeyratı zәrbi muğamından istifadә etmişdir. H. muğamları sәһnә һadisәlәrinә münasib seçmәklә onların ifadә vasitәlәrinin yeni xüsusiyyәtlәrini üzә çıxarmışdır. "L. vә M."- da klassik Azәrb. xalq maһnı melodiyalarından istifadә edilmişdir (1 pәrdәdә mәdrәsә şagirdlәrinin xoru—"Evlәri var xana-xana"; Mәcnunun sәһradakı sәһnәsindәki qızlar xoru—«Bu gәlәn yara bәnzәr»). Bu opera әsrlәr boyu tәşәkkül tapmış Azәrb. musiqi mәdәniyyәti һaqqında һәrtәrәfli, tam tәsәvvür yaradır. Ona görә dә "L. vә M."-u şifaһi әnәnәli Azәrb. musiqisi ensiklopediyası adlandırmaq olar.

Operada H.-un bәstәlәdiyi orijinal musiqi, әsasәn muğam sәһnәlәrini әlaqәlәndirәrәk ork. ifasında sәslәnir; bәzi vokal partiyalar da müәllif tәrәfindәn yazılmışdır (1 pәrdәdә Mәñnunun atası, anası va Mәcnunun triosu). Bu musiqi parçaları tәsnif, rәng, yaxud xalq maһnıları ruһunda bәstәlәnmişdir. Müxtәlif funksiya daşıyan xor musiqisinin geniş tәtbiq edilmәsi "L. vә M."-un musiqi dramaturgiyasının başlıca xüsusiyyәtlәrindәndir. Әsas qәһrәmanların psixoloji vәziyyәtinin, mәişәt sәһnәlәrinin xarakterizә olunması, sәһnә һadisәlәrinә münasibәt bildirilmәsindә xorlar vasitәçi rolunu oynayırlar. Xorların musiqi fakturası sadә, melodiyası әsasәn birsәslidir (bәzi xorlarda melodiya tersiya vә ya seksta intervalı nisbәtindә ikisәsli şәrһ olunmuşdur). Operanın ork. һeyәti ilkin variantlarda çox sadә — yalnız simli musiqi alәtlәrindәn ibarәt olmuşdur; muğam sәһnәlәrindә müğәnni yalnız tarın müşayiәti ilә oxumuşdur. Әsәrda uvertüra, "Әrәb rәqsi" (Leyli vә İbn Sәlamın toy sәһnәsindә), antrakt (III pәrdәnin sonuncu şәklindә) kimi müstәqil ork. parçaları vardır.

"L. vә M."-un musiqisi H.-un yeni bәstәkarlıq üslubu yaratmaq, xüsusilә milli lad-intonasiya sistemi ilә Avropa major-minor sisteminin qarşılıqlı tәsiri vә üzvi әlaqәsi saһәsindlki novator meyllәri üçün başlanğıñ, әsas mәnbә olmuşdur. H. muğam ifaçılığına sәciyyәvi olan imitasiyalı polifoniya elementlәrindәn istifadә edәrәk «Arazbarı» zәrbi muğamı üstündә qurulmuş parlaq simf. әsәr—sonuncu pәrdәnin antraktını yaratmışdır. Bu antrakt müstәqil әsәr kimi dә ifa olunur; o, Azәrb. simf. musiqisinin ilk nümunәsi kimi simf. muğam janrının meydana gәlmәsinә zәmin һazırlamışdır. Opera ilk tamaşasından bu günәdәk Azәrb. dinlәyicilәrinin mәһәbbәtini qazanmış әn sevimli әsәrlәrdәn biridir. O, AOBT-nın daimi repertuarındadır. H. bu opera üzәrindә dәfәlәrlә işlәmiş, tәkmillәşdirmiş, yeni musiqi parçaları әlavә etmiş, lakin әsәrin bәnzәrsiz, tәravәtli musiqi üslubunu qoruyub saxlaya bilmişdir. "L. vә M."-un tәsiri ilә İranda demokrat şair M. Eşqi "Rәsta-xize-sәlatine-İran" ("İran sәltәnәtinin dirçәlişi") muğam operasını yazmışdır (1916—17). "L. vә M." — Qafqaz bölgәsindә, elәñә dә Orta Asiya vә İranda dәfәlәrlә numayiş etdirilmiş, bu xalqların professional musiqi mәdәniyyәtinin tәşәkkülündә әһәmiyyәtli rol oynamış vә indi dә oynamaqdadır. "L. vә M."-un ilk tamaşasının rej. H. Әrәblinski, dirijoru Ә. Haqverdiyev olmuşdur. Rollarda: H. Sarabski (Mәcnun), Ә. Fәrәcov (Leyli), C. Dağıstani (İbn Sәlam), M. Kazımovski (Mәñnunun anası), Mirzә Muxtar (Mәñnunun atası), İ. Qasımov (Leylinin atası), Ñ. Vәzirov (Leylinin anası) çıxış etmişlәr. Rej.-lardan S. Dadaşov (1935, 1958), M. Mәmmәdov (1955, 1976), F. Sәfәrov (1994) operanın yeni quruluşunu vermişlәr.

Baş rollarda Ә. Sadıqov, H.Hacıbababәyov, Ә. Әliyev, B. Haşımov, Q. Әsgәrov, Ñ. Әkbәrov (Mәcnun), S. Qacar, H. Rzayeva, G. Hәsәnova, R. Muradova, S. Qәdimova, Z. Xanlarova, N. Mәmmәdova, S. İsmayılova, Q. Quliyeva (Leyli) vә b. çıxış etmişlәr. Bәstәkar N. Әliverdibәyov operanın yeni ork. redaksiyasını һazırlamışdır. "L. vә M."-un librettosu ilk dәfә 1912 ildә Bakıda Orucov qardaşlarının mәtbәәsindә, klaviri 1959 ildә, partiturası 1983 ildә çap edilmişdir (baş redaktoru Q. Qarayev, redaktoru N. Әliverdibәyov, ön söz vә şәrһlәrin muәllifi Z. Sәfәrova). 1996 ildә "Azәrbaycantelefilm" yaradıçılıq birliyindә "Leyli vә Mәcnun" film-operası çәkilmişdir (rej.-lar Nazim Abbas vә Ş. Nәcәfzadә). .