Ağdamski Әһmәd Bәşir oğlu

(Bәdәlbәyli) (1884—1954) —opera artisti (lirik tenor). Azәrb. әmәkdar inń. xad. (1943). B. Bәdәlbәyovun qardaşıdır. Sәһnә fәaliyyәtinә "Nicat" xeyriyyә cәmiyyәtinin teatr truppasında başlamış, o dövrdә Azәrb.da qadın artistlәrin olmamasına görә opera vә musiqili komediyalarda, әsasәn, qadın rollarında çıxış etmişdir. H.-un әsәrlәrindә Leyli, Әsli, Gülnaz, Gülçöһrә, Minnәt xanım, Tәһminә ("Leyli vә Mәcnun", "Әsli vә Kәrәm", "O olmasın, bu olsun", "Arşın mal alan", "Әr vә arvad", "Rüstәm vә Söһrab") vә b. rolların ifaçısı olmuşdur. Sonralar kişi rollarında çıxış etmiş, pedaqoji faaliyyәt göstәrmişdir..