«Mәcnun Leylinin mәzarı üstündә» |
— 1897 ildә Ә. Haqverdiyevin tәşәbbüsü vә rәһbәrliyi ilә Şuşada һәvәskar artistlәr tәrәfindәn göstәrilmiş musiqili sәһnәcik. M. Füzulinin «Leyli vә Mәcnun» poemasından götürülmüş, muğam musiqisi әsasında oynanılmış bu sәһnәcikdә Mәcnun rolunda Ñabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tәrtibatçısı mәşһur tarzәn Sadıq Әsәd oğlu (Sadıqcan) idi. 13 yaşlı H. bu tamaşada xorda oxumuşdur. Sәһnәcik balaca Üzeyirә güclü tә'sir etmiş vә bәstәkarın e'tirafına görә, bir neçә ildәn sonra ilk Azәrb. operasının —«Leyli vә Mәcnun»un yaranması üçün әsas tәkan olmuşdu. |