Məmmədov Tariyel Aydın oğlu

1949-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1974-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını "Tarix və musiqi nəzəriyyəsi" ixtisası üzrə bitirmişdir.

1983-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin Ümumittifaq Elmi Araşdırmalar Sənətsünaslıq İnstitutunda "Koroğlu dastanında epik nəğmələri yaradıcılığı" mövzusunda sənətşünaslıq elmi dərəcəsi üzrə namizədlik müdafiəsi (rəhbər professor, sənətşünaslıq doktoru M.E. Tarakanov), 1989-cu ildə isə yenə həmin İnstitutda "Azərbaycan aşıqlarının ənənəvi nəgmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

"Tarix və azərbaycan musiqi nəzəriyyəsi" kafedrasınn professorudur.

2 monoqrafiyanın müəllifidir.

"Koroğlu mahnıları". Bakı. Gənclik, 1984, 8 ç.v. "Azərbaycan aşıqlarının ənənəvi nəğmələri". Bakı, İşıq, 1988, 33 ç. v. "Sifahi ənənəli professional-xalq musiqisi". Bakı, Şür, 2002, 6 ç. v. dərs vəsaiti kitabları nəşr olunmuşdur.

Metodik tövsiyyələri: "Musiqi folklorunun toplanması, yazıya alınması və qorunması"Bakı,Adiloğlu, 2004, 1,5 ç.v. "Özbək xalq və şifahi ənənəli professional musiqisi".Bakı,Adiloğlu, 2004, 2 ç.v., "Aşıq havaları"

80-dən artıq elmi məqaləsi və yazıları müxtəlif respublika və beynəlxalq nəşrlərdə çap olunmuşdur.

"Azərbaycan xalq musiqisinin əsasları" elektron nəsrinin elmi redaktoru.

Musiqili elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif "Musiqi Dünyası" yurnalının baş redaktoru və naşiridir.

İnternet-proyektlərin muəllifi və rəhbəridir.

1."Müsiqi dünyası" jurnalının elektron variantı. musigi-dunya.az
2. Görkəmli azərbaycan caz pianoçusu və bəstəkarı Vaqif Mustafazadənin şəxsi saytı: vagif.musigi-dunya.az
3. Azərbaycan diskoqrafiyası (1900-1940). On-line kataloqu. Sayt Azərbaycanın ilk qrammafon yazılarına həşr olunmuşdur: diskografiya.musigi-dunya.az
4. Üzeyir Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları". E-book: musbook.musigi-dunya.az
5. Elmi-praktiki "İntellektual mülkiyyət" jurnalının elektron variantı intellect.musigi-dunya.az
6.Beynəlxalq musiqili, tənqidi-publisistik, kulturoloji "Harmoniya" jurnalı: harmony.musigi-dunya.az
7.Beynəlxalq musiqili, tənqidi-publisistik, kulturoloji "Harmoniya" jurnalı: e-library.musigi-dunya.az

Layihənin rəhbəri:

8."Bakı Musiqi Akademiyası". Tarix, Ənənələr, Müasirlik: musakademiya.musigi-dunya.az
9."Qara-Qarayev" XX əsr Azərbaycan bəstəkarına həsr olunmuş momerial sayt: qara-qarayev.musigi-dunya.az
10.Azəraycan bəstəkar və musiqişünaslarının On-line kataloqu: composers.musigi-dunya.az
11.Üzeyir Hacıbəyovun "Arşın mal alan": arshin.musigi-dunya.az
12.Axtarış: search.musigi-dunya.az
13. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun": meshadi.musigi-dunya.az
14. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun": leyli-mejnun.musigi-dunya.az
15. Üzeyir Hacıbəyovun həsr olunmuş portal : uzeyir.musigi-dunya.az
16. Üzeyir Hacıbəyovun ensiklopediyası : uzeyirbook.musigi-dunya.az

Onun rəhbərliyi altında üç namizədlik dissertasiyası müdafiə edilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Elmi konfransda təşkilatçılıq və iştirak:

1. ACİ-nin Daşkənd (Özbəkistan) koordinatorluğunda dəyirmi masa, may 2002. Məlumat: http://harmony.musigi-dunya.azünvanında yerləşdirilmişdir.

2. 7-09 noyabr, 2002-ci il tarixdə Bakıda «Musiqi Dünyası» jurnalının təşəbbüsü və ACİ-nin dəstəyi ilə (qrant OSİ Budapeşt) «Qloballaşma dövründə daxili mədəniyyətlərin saxlanması və qorunması» mövzusunda elmi beynəlxalq konfrans ke çirilmişdir. Konfrans iştirakçılarının məruzələri «Harmoniya» jurnalının 2-ci sayında «Konfrans» bölməsində http://harmony.musigi-dunya.azünvanında nəşr edilmişdir.

3. 18-28 sentyabr, 2004-cü ildə Azərbaycanın və ABŞ-nın Mədəniyyət Departamenti ilə birgə həyata keçirilən mədəni irsin qorunması üzrə Communiti connections proqramında iştirak qeyd olunmalıdır. http://musigi-dunya.az 3-4/2004

4. 3-4 fevral, 2005-ci ildə Minsk şəhərində UNESCO çərçivəsində «Slavyan xalqlarının qeyri maddi mədəni irsi: toplama və qorunmanın problemləri və kompleks tədqiqatın perspektivləri» mövzusunda beynəlxalq konfransda «Musiqi Dünyası»nın baş redaktoru professor T.A.Məmmədov iştirak etmişdir. http://musigi-dunya.az 1-2/2005

5. 7–15 iyul, 2005-ci il Litvada Vilnüs şəhərində Litva Musiqi və Teatr Akademiyasında Azərbaycan musiqi mədəniyyətinə həsr olunmuş multimedia saytlarının təqdimatı olmuşdur. Tədbirdə «Musiqi Dünyası» öz saytları ilə iştirak etmişdir. http://musigi-dunya.az 3-4/2005

6. 15-19 noyabr, 2005-ci ildə Tunisdə keçirilən «Tunis - 2005» informasiya texnologiyaları üzrə beynəlxalq sammitdə «Musiqi Dünyası»nın baş redaktoru T.A.Məmmədov rəsmi dövlət nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

Müxtəlif layihələrin həyata keçirilməsi

1.«Azərbaycan Mədəniyyətinin dostları» fondu ilə birgə «Muisqi Dünyası»nın yaradıcı qrupu «Qarabağ xanəndələri» layihəsini həyata keçirmişdir. Layihənin müəllifi və rəhbəri UNESCO – nun Xoşməramlı Səfiri, «Heydər Əliyev» fondunun, «Azərbaycan Mədəniyyətinin dostları» fondunun prezidenti xanım Mehriban Əliyeva, layihənin koordinatoru «Musiqi Dünyası» jurnalının baş redaktoru professor T.A.Məmmədovdur.

2. «Musiqi Dünyası»nın yaradıcı qrupu Almaniya və Fransa respublikaların Azərbaycandakı səfirliklərinin maliyyə dəstəyi ilə «Qədim qrammofon vallarının» bərpası layihəsini həyata keçirmiş, görkəmli xanəndələrin səsyazılarından ibarət 300 disk muzeylərə təqdim olunmuşdur.

«Musiqi Dünyası»nın yaratdığı saytlar bir sıra mükafatlara layiq görülmüşdür:

1. The Nordic – Caucacian WEB Competition 2003 beynəlxalq müsabiqəsində «Azərbaycan diskoqrafiyası (1900 – 1940 illər)» saytı III mükafata layiq görülmüşdür.

2. Milli İnternet mükafatına – «Leyli və Məcnun», «Qara Qarayev» saytlarına görə. 2004 – cü il

3. İREX – mükafatına: «Qara Qarayev» saytına görə.

4. WEB – master – 2004 mükafatına: «Qara Qarayev» saytına görə.

5. «AWARD» dünya sammiti tərəfindən keçirilən «Azərbaycan E – Kontent 2005 mükafatı» Milli müsabiqəsində «Mədəniyyət» nominasiyası üzrə «Musiqi Dünyası» qalib elan edilmişdir.

6. Rusiyada keçirilən «Qızıl sayt» müsabiqisində Üzeyir Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elektron dərsliyi Azərbaycanı təmsil edən yeganə sayt olmuşdur.

7. «İntellekt – 2005» mükafatına layiq qörülmüşdür..