«Molla Nәsrәddin»

—һәftәlik illüstrasiyalı ilk Azәrb. satirik jurnalı. Birinci nömrәsi 1906 il aprelin 7-dә Tiflisdә çapdan çıxmışdır. Jurnal müәyyәn fasilәlәrlә 25 il (1906—18 illәrdә Tiflisdә, 1921 ildә Tәbrizdә, 1918—21, 1922—31 illәrdә Bakıda) nәşr olunmuşdur. Naşiri vә baş redaktoru Cәlil Mәmmәdquluzadә idi. H.-un әdәbi-publisistik vә jurnalistlik fәaliyyәti «mollanәsrәddinçilәr» әdәbi mәktәbi ilә sıx bağlı idi. Onun publisistikası ideya, mövzu vә uslub baxımından «M. N» jurnalına çox yaxın idi. Tәsadüfi deyil ki, H. «Haqq söz danışan» vә «һaqq vә һәqiqәtdәn xoşu gәlmәyәn» һökumәt tәrәfindәn vaxtaşırı «ağzı yumdurulan» («İrşad» qәzeti, 1907, 12 iyun) jurnalın fәaliyyәtini yüksәk qiymәtlәndirәrәk yazırdı: «Molla Nәsrәddin» jurnalı mәnfәәtli mәqalәlәri ilә millәtimizә çox xidmәtlәr göstәribdir («Hәqiqәt», 1910, 18 mart). «M. N.» dә H.-un publisistikasına diqqәt vә rәğbәtlә yanaşır, bә'zәn onun qәzetlәrdә qaldırdığı bu vә ya digәr ińtimai-siyasi mәsәlә barәdә sәsinә sәs verirdi. Jurnal H.-un şәxsiyyәtini vә yaradıcılığını yüksәk qiymәtlәndirirdi. Burada H.-un yaradıcılığı, musiqili komediyaları vә publisist әsәrlәri һaqqında onlarla tәqdiredińi yazı vә rәsm verilmişdi. Jurnal onu һaqsız һücumlardan qoruyur, müdafiә edirdi («Teatr» felyetonu). 1911 ildә H.un «M. N.»dә iki felyetonu da dәrc olunmuşdu.