Axundov Mirzә Fәtәli Mirzә Mәһәmmәdtağı oğlu

(1812 — 1878)—yazıçı,materialist filosof, iñtimai-xadim. Realist Azәrb. әdәbiyyatının banisi. Bәdii yaradıñılığa şerlә başlamışdır ("Sәbuһi" tәxәllüsü ilә yazırdı). Lakin pyeslәri, nәsri vә fәlsәfi әsәrlәri ilә daһa çox tanınmışdır. A. "Hekayәti-Molla İbraһim Xәlil kimyagәr" (1850), "Hekayәti-Müsyö Jordan һәkimi-nәbatat vә dәrviş Mәstәli şaһ ñadukuni-mәşһur" (1850), "Sәrgüzәşti-vәziri-xani Lәnkәran" (1850), "Hekayәti xırs quldurbasan" (1851), "Sәrgüzәşti-mәrdi-xәsis" ("Hañı Qara") (1852), "Mürafiә vәkillәrinin һekayәti" (1855) komediyaları ilә Azәrb.-da realist dramaturgiyanın bünövrәsini qoymuşdur. ..O, һәmçinin "Aldanmış kәvakib" povestinin, "Kәmalüddövlә mәktubları" adlı mәşһur traktatın vә bir çox fәlsәfi әsәrlәrin müәllifidir, A. әdәbi mәktәbinin davamçılarından olan H. "Opera vә dramın tәrbiyәvi әһәmiyyәti һaqqında" adlı mәqalәsindә böyük sәlәfi һaqqında yazmışdır: "Axundovun... dramları mәnim inkişafımda böyük rol oynamışdır" ("Kaspi" qәzeti, 1917, ¹ 260)..