Muradova Rübabә Xәlil qızı

(1933 —1983) — müğәnni (messo-soprano). Azәrb. xalq art. (1971). Güclü, tәsirli vә müxtәlif çalarlı sәsә, orijinal ifaçılıq üslubuna malik müğәnni idi. 1954 ildәn AOBT-nın solisti olmuş, burada H.-un "Leyli vә Mәcnun", "Әsli vә Kәrәm" vә "Koroğlu" operalarında Leyli, Әsli vә Xanәndә qız partiyalarını böyük mәһarәtlә ifa etmişdir. M. muğam, tәsnif vә xalq maһnılarının ifaçısı kimi dә mәşһur idi..