Nağıyev Rәһim Sәfәr oğlu

(d. 1921) — fәlsәfәşünas. Fәlsәfә e. n. (1968). H.-un әdәbi-bәdii irsinin tәdqiqi ilә mәşğul olmuşdur. 1947 ildә ADU-da H.-la keçirilәn görüşdә bәstәkarın әdәbi-bәdii yaradıcılığı mövzusunda mә'ruzә ilә çıxış etmiş, «Ü. Hacıbәyovun әdәbi-bәdii yaradıcılığı» mövzusunda diplom işi yazmışdır. H.-un әdәbi-bәdii irsinә vә estetik görüşlәrinә һәsr olunmuş mәqalәlәrin vә «Üzeyir Hacıbәyovun estetik görüşlәri» (1985) monoqrafiyasının müәllifidir. Hәmin әsәrlәrdә H.-un Azәrb.-da ictimai-estetik fikrin inkişafında rolu, onun sәnәtin, xüsusilә musiqi sәnәtinin spesifik xüsusiyyәtlәri, realizm, xәlqilik, novatorluq, ideyalılıq, müasirlik vә sәnәtkarlıq problemlәrinә dair baxışları açıqlanır.