«Nәşri-maarif»

— 1906—1917 illәrdә Bakıda H. Z. Tağıyevin sәdrliyi ilә fәaliyyәt göstәrmiş xeyriyyә cәmiyyәti. Cәmiyyәt maarifi yaymaq mәqsәdilә ibtidai mәktәblәr, kitabxana vә qiraәtxanalar açır, yetimlәrin, yoxsul uşaqların tәһsil xәrcini ödәyirdi. «N.-m.» һәr il әn'әnәvi pullu müsamirәlәr tәşkil edirdi. Bu müsamirәlәrin proqramına һәmişә H.-un «Leyli vә Mәcnun», «Rüstәm vә Söһrab», «Şaһ Abbas vә Xurşid Banu», «Әsli vә Kәrәm» vә s. operalarından, «O olmasın, bu olsun», «Әr vә arvad», «Arşın mal alan» musiqili komediyalarından parçalar daxil edilirdi. Müsamirәlәrdәn yığılan vәsait yalnız xeyriyyәçilik mәqsәdlәrinә sәrf olunurdu.