Rüstәmov Sәid Әli oğlu

(1907—1983) — bәstәkar, dirijor vә pedaqoq. Azәrb. xalq art. (1957). Stalin mükafatı laureatı (1951). Prof. (1973). 1926 ildә müәllimlәr seminariyasını, 1930 ildә Bakı musiqi mәktәbinin tar sinfini (H.-dan vә M. Mәnsurovdan dәrs almışdır), 1932 ildә APİ-ni bitirmişdir. 1931 ildәn Azәrb. Radio Verilişlәri Komitәsindә H.-un tәşkil etdiyi Azәrb. Xalq Çalğı Alәtlәri Ork.-nin konsertmeysteri, 1935—73 illәrdә һәmin ork.-in bәdii rәһbәri vә baş dirijoru olmuşdur. 1938 ildә Moskvada keçirilәn Azәrb. incәsәnәti ongünlüyündә göstәrilәcәk «Arşın mal alan» musiqili komediyasını H.-un sifarişi ilә xalq çalğı alәtlәrinin müşayiәti üçün işlәmiş vә tamaşa onun dirijorluğu ilә göstәrilmişdir. «Beş manatlıq gәlin», «Durna», «Rәisin arvadı» musiqili komediyalarının, bir çox maһnıların müәllifidir..